Liviyada qayıq batıb, 25 nəfər ölüb

Liviyada qayıq batıb, 25 nəfər ölüb Xilas edilənlərin əksəriyyəti Misir və Mərakeş vətəndaşlarıdır
Digər ölkələr
15 Sentyabr , 2020 17:13
Liviyada qayıq batıb, 25 nəfər ölüb

Liviya sahilləri yaxınlığında qayıqların qəzaya uğraması nəticəsində 25-dən çox miqrant ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Səfa Msexli bildirib.

“Liviyanın Mühafizə Xidməti 3 qayıq saxlayıb. Onlardan biri çevrilib. Boğularaq ölən iki nəfərin meyitini sudan çıxarıblar, bir neçə nəfər sağ-salamat xilas edilib. 22 nəfər isə itkin düşüb. Xilas edilən 45 nəfər rezin qayıqlarda sahilə çıxarılıb”, - S.Msexli vurğulayıb.

Xilas edilənlərin əksəriyyəti Misir və Mərakeş vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi