"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, türklərin azad olunması haqqında məlumatı general Xəlifə Xəftarın Liviya hökuməti hərbi qüvvələrinin mətbuat katibi Məhəmməd Xəqazi yayıb.
Xatırladaq ki, həmçinin BMT də Türkiyə vətəndaşlarının azad olunması tələbilə müraciət etmişdi.
Türkiyə vətəndaşları oktyabr ayının 31-də Liviyanın şimal-qərbində, Misuratda Türkiyə Konsulluğuna gedərkən qaçırılıblar. Qaçırılma haqqında konsulluqda bir neçə gün sonra öyrəniblər.