Livanın Tripoli şəhərində bir qrup terrorçu hərbi patrul və polis əməkdaşlarına üç hücum təşkil edib.
"Report" LBC-yə istinadən xəbər verir ki, nəticədə bir hərbçi ölüb, bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
KİV-in məlumatına görə, terrorçular binalardan birində gizləniblər. Xüsusi təyinatlılar və təhlükəsizlik qüvvələri əməliyyata başlayıblar.