​Liviyada naməlum təyyarələr İŞİD-in mövqelərinə zərbələr endirib

​Liviyada naməlum təyyarələr İŞİD-in mövqelərinə zərbələr endirib Tələfat barədə rəsmi məlumat yoxdur
Digər ölkələr
30 Oktyabr , 2015 08:26
​Liviyada naməlum təyyarələr İŞİD-in mövqelərinə zərbələr endirib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Naməlum hərbi təyyarələr "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) nəzarətində olduğu ehtimal edilən Liviyanın Sirt şəhərinin cənub və qərb rayonlarına havadan zərbələr endirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat verib.

"Biz hardasa gecə yarısı hərbi təyyarələrin səsini eşitdik, ardınca güclü partlayışlar baş verdi", — deyə şahid bildirib.

Bununla belə, tələfat, həmçinin təyyarələrin məhz hansı ölkəyə aid olmasına dair rəsmi məlumat daxil olmayıb.

Bildirilir ki, bu, oktyabr ayında şəhərə endirilən ikinci aviazərbədir. Liviyanın bir-biri ilə rəqabətdə olan heç bir hökuməti məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi