​Liviyada münaqişə tərəflərindən biri atəşkəs elan edib

​Liviyada münaqişə tərəflərindən biri atəşkəs elan edib Onlar gələn həftə danışıqlar aparmaq üçün Cenevrəyə gedəcək
Digər ölkələr
17 Yanvar , 2015 15:00
​Liviyada münaqişə tərəflərindən biri atəşkəs elan edib

Bakı. 17 yanvar. REPORT.AZ/ Liviyada "Liviya Şəfəqi" və "Gündoğum" koalisiyası hərbi əməliyyatları dayandırdıqlarını yazılı şəkildə bəyan ediblər.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, onlar bu addımı ölkə daxili və beynəlxalq çağırışlara əsasən atdıqlarını bildiriblər.

Bəyanatda qeyd edilib ki, tərəflər gələn həftə danışıqlar aparmaq üçün Cenevrəyə gedəcək.

Xatırladaq ki, ötən gün BMT-nin Cenevrədəki ofisindən Liviyada münaqişə edən tərəflərə atəşkəsə çağırış ilə bağlı müraciət edilib.

Liviyada 2011-ci il fevralın 17-də baş verən inqilabdan sonra sabitlik pozulub. 2014-cü ilin mayında təqaüdçü general Hafter Zintanın rəhbərliyi altında başlayan çevriliş cəhdinin qarşısı ölkənin Tripoli və Misrata bölgələrindəki inqilabçı qüvvələr tərəfindən alınmışdı. Bu hadisələrin ardından Liviyanın Tobruk əyalətində Nümayəndələr Məclisi, Tripolidə isə Milli Baş Konqres fəaliyyətə başlayıb.

Hazırda ölkə paytaxtı Tripolidəki Milli Baş Konqres dəstəklədiyi Liviya Şəfəqi koalisiyası ilə Tobruk əyalətindəki Nümayəndələr Məclisinin dəstəklədiyi, genaral Hafterə bağlı Şərəf Əməliyyatı Koalisyası arasında münaqişə gedir. 

Son xəbərlər

Orphus sistemi