Bakı. 9 fevral. REPORT.AZ/ Liviyanın Benqazi şəhərində məscid yaxınlığında partlayış olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər ölüb, 80-dən çox yaralı var.
Şahidlər Macuri rayonundakı Əbu Hurayra məscidinin girişində içərisində partlayıcı maddə olan çantanın partladıldığını bildiriblər.