Yuxarı

Liviyada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Ölənlərdən biri Liviya Silahlı Qüvvələrinin yüksək vəzifəli zabitidir

Bakı. 20 sentyabr. REPORT.AZ/ Liviyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

"Report" "Sky News Arabia"ya istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Tobruk bölgəsində baş verib.

Məlumata görə, helikopterin göyərtəsində 7 nəfər olub, onlardan ikisi sağ qalıb. Ölənlər Liviya Silahlı Qüvvələri Baş Komandanlıq Ali İdarəsinin rəhbəri polkovnik İdris Yunus Drissi, onun xanımı, oğlu və onları müşaiyət edən şəxslərdir. 

Xəbərdə bildirilib ki, helikopter Ras-Lanufadan Tobrukaya uçurmuş.

Hadisənin başvermə səbəbi araşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi