Liviyada Həftərin qoşunu Tripoliyə hücumun ikinci mərhələsinə başlayıb

Liviyada Həftərin qoşunu Tripoliyə hücumun ikinci mərhələsinə başlayıb Liviya milli ordusunun (LMO) marşalı Xalifə Xəftər paytaxt Tripoliyə hücumun ikinci mərhələsinə başlanıldığını elan edib.
Digər ölkələr
23 Aprel , 2019 03:44
Liviyada Həftərin qoşunu Tripoliyə hücumun ikinci mərhələsinə başlayıb

Liviya milli ordusunun (LMO) marşalı Xalifə Xəftər paytaxt Tripoliyə hücumun ikinci mərhələsinə başlanıldığını elan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə marşalın rəsmi nümayəndəsi Əhməd əl-Mismariyə istinadən"Al-Wasat" portalıv məlumat yayıb.

O, mətbuat konfransında deyib ki, LMO ərazilərin bütövlüyünü təmin edib və Milli razılıq hökumətinin əsas və ikincidərəcəli mövqelərini müəyyənləşdirib.

Əl-Mismari bildirib ki, LMO Tripoliyə hücumun ikinci fazasına birinci mərhələnin başa çatmasından sonra quru qoşunlarının tətbiqi ilə başlayıb.

Son xəbərlər

Orphus sistemi