Bakı. 26 dekabr. REPORT.AZ/ “Liviyanın sübhü” adlı islamçı qruplaşmaya üzv silahlı dəstələr ötən gün bu ölkənin iki ən böyük neft limanı sayılan Ras-Lanuf və Es-Sider şəhərlərinə hücum təşkil ediblər.
"Report"un İnterfaks-a istinadla verdiyi məlumata görə, limanları qoruyan hərbçilər hücumun qarşısını çətinliklə alıblar. Döyüşlərdə ən azı 20 hərbçi həlak olub.
Öldürülən islamçıların sayı barədə məlumat verilmir.