Liviyanın şərqində sel fəlakətində həyatını itirənlərin sayı 1 500-ü keçib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yeddi min nəfərin itkin düşdüyü bildirilir.
Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb.
Qeyd edək ki, "Daniel" siklonu Liviyanın Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə təsir edib.
Liviyada daşqın qurbanlarının sayı 250 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin Benqazidəki nümayəndəliyindən bildiriblər.
Daha 150 nəfərin itkin düşdüyü bildirilir.
Xatırladaq ki, sentyabrın 10-da Liviyanın şimal-şərqini vuran "Daniel" siklonu sahilyanı şəhərlərə güclü küləklər, leysan və tufanlar gətirib.