Liviyada beş jurnalist qətlə yetirilib

Liviyada beş jurnalist qətlə yetirilib Qətl hadisəsinin terrorçu "İslam Dövləti" qruplaşmasının üzvləri tərəfindən həyata keçirildiyini guman edir
Digər ölkələr
28 Aprel , 2015 01:43
Liviyada beş jurnalist qətlə yetirilib

Bakı. 28 aprel. REPORT.AZ/ Liviyanın şərqində 5 telejurnalist qətlə yetirilib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ötən avqustdan bəri itkin sayılan jurnalistlərin başsız bədənlərini aşkarlayan polis, qətl hadisəsinin terrorçu "İslam Dövləti" qruplaşmasının üzvləri tərəfindən həyata keçirildiyini guman edir.

Xatırladaq ki, jurnalistlər Benqazi şəhərinə gedərkən yoxa çıxmışdı. Onların yolu islamçıların nəzarətində olan Derna məntəqəsindən keçməli idi.

Brüsseldə mənzillənmiş Beynəlxalq Jurnalistlər Federasiyası (International Federation of Journalists IFJ) qətllərdən sarsıldığını bildirib.

Hazırda Liviyanın qanuni hökuməti ölkənin şərqində yerləşir. Hökumət ötən avqustda paytaxt Tripolini tərk etməyə məcbur olub.

Tripolidə isə yerli administrasiya qurulub.

"İslam Dövləti" də təhlükəsizlik vakuumundan istifadə edir.

Son xəbərlər

Orphus sistemi