Liviyada 400-dən çox məhbus həbsxanadan qaçıb

Liviyada 400-dən çox məhbus həbsxanadan qaçıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Liviyanın Tripoli şəhərində yaşanan qarşıdurmalar zamanı azı 400 məhbus həbsxanadan qaçıb.
Digər ölkələr
3 Sentyabr , 2018 17:00
Liviyada 400-dən çox məhbus həbsxanadan qaçıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Liviyanın Tripoli şəhərində yaşanan qarşıdurmalar zamanı azı 400 məhbus həbsxanadan qaçıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tripoli məhkəmə polisi xidmətinin məlumatında bildirilir.

"Ayn Zara" islah və reabilitasiya təşkilatının məhbusları yaxınlıqda baş verən atışmadan narahat olduqları üçün üsyana başlayıblar. Nəticədə, təxminən, 400 məhbus qapıları qıraraq binadan qaça bilib", - məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl Tripolidə Liviyanın milli razılıq hökuməti davamlı silahlı toqquşmalar səbəi ilə paytaxt və ətrafında fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi