Liviyada 2 İtaliya vətəndaşı oğurlanıb

Liviyada 2 İtaliya vətəndaşı oğurlanıb Onlar "Mondovi" şirkətinin əməkdaşlarıdırlar
Digər ölkələr
19 Sentyabr , 2016 22:42
Liviyada 2 İtaliya vətəndaşı oğurlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Liviyada iki İtaliya vətəndaşı oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyi nümayəndələrinə istinadən ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, xarici siyasət idarəsi hadisəni aydınlaşdırmaq üçün artıq bütün kanallarını işə salıb.

"Corriere della Sera" nəşrinin məlumatına görə, oğurlanan şəxslər ölkənin cənubunda fəaliyyət göstərən "Mondovi" şirkətinin əməkdaşlarıdırlar.

Sözügedən şəxslərlə yanaşı bir İtaliya əsilli kanadalı da oğurlanıb. Hadisəni törədənlərin kim ola biləcəyi ilə bağlı məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi