​Liviyada 150 İŞİD terrorçusu zərərsizləşdirilib

​Liviyada 150 İŞİD terrorçusu zərərsizləşdirilib Bu, ölkə ərazisində aparılan ilk quru əməliyyatı idi
Digər ölkələr
19 Fevral , 2015 03:56
​Liviyada 150 İŞİD terrorçusu zərərsizləşdirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Misir Ordusunun xüsusi təyinatlıları Liviya ərazisində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı quruda əməliyyat aparıblar.

"Report" "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, Misir hərbçiləri öz fəaliyyətlərini İŞİD silahlılarının məhv edilməsi üzrə əməliyyat çərçivəsində qonşu ölkənin ordusu ilə əlqələndiriblər.

Nəticədə 150 yaraqlı öldürülüb, onlarla şəxs əsir düşüb. Əməliyyat terrorçuların Dern şəhərindəki təlim-məşq düşərgələrindən birinin ərazisində aparılıb. Hücum zamanı iki misirli ölüb.

Bu, İŞİD-in 21 misirli xristianı qətlə yetirməsindən sonra həyata keçirilən ilk quru əməliyyatı idi.

Son xəbərlər

Orphus sistemi