Liviya Türkiyənin elit əsgərlərinin gəlişini təsdiqləyib

Liviya Türkiyənin elit əsgərlərinin gəlişini təsdiqləyib Liviya ordusunun ehtiyat qüvvələrinin komandanı Nasir Ammar bildirib ki, Türkiyə əsgərləri artıq ölkəyə gəliblər.
Digər ölkələr
6 yanvar 2020 00:24
Liviya Türkiyənin elit əsgərlərinin gəlişini təsdiqləyib

Liviya ordusunun ehtiyat qüvvələrinin komandanı Nasir Ammar bildirib ki, Türkiyə əsgərləri artıq ölkəyə gəliblər.

“Report”un məlumatına görə, bu barədə “The Libya Observer” bildirib.

Qeyd edilir ki, Ankara Liviyanın Milli Razılıq Hökumətinin köməyinə "elit əsgərlər”ini göndərib. Bu hərbçilər hava hücumuna qarşı müdafiə və radarların səsinin batırılması üzrə ixtisaslaşdırılıblar.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə artıq yüksək rütbəli hərbçilərini Liviya Milli Razılıq Hökumətinin qüvvələrinin hərəkətlərini əlaqələndirmək üçün göndərib.

Son xəbərlər

Orphus sistemi