Liviya təyyarəsini qaçıranlar Qəddafinin oğlunun azad olunmasını tələb edirlər

Liviya təyyarəsini qaçıranlar Qəddafinin oğlunun azad olunmasını tələb edirlər Təyyarənin endiyi Maltanın hüquq-mühafizə orqanları sərnişinlərin təyyarəni tərk etmələri barədə məlumatı təsdiqləməyib
Digər ölkələr
23 Dekabr , 2016 17:40
Liviya təyyarəsini qaçıranlar Qəddafinin oğlunun azad olunmasını tələb edirlər

Bakı. 23 dekabr. REPORT.AZ/ Liviyanın "Afriqiyah" aviaşirkətinə məxsus təyyarəni qaçıranlar "Əl-Fatih əl-Cədid" qruplaşmasına aid olduqlarını bəyan ediblər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Əl Bilyad" xəbər portalının məlumatına görə, təyyarəni qaçıranlar Liviyanın keçmiş lideri Muammer Qəddafinin oğlu Seyf əl-İslamın həbsxanadan azad olunmasını tələb edirlər.

Liviyanın nəqliyyat naziri Milyad Maatuk təyyarəni ələ keçirən 2 nəfərlə danışıqlar aparıldığını, onların tələblərinin araşdırıldığını bildirib.

Qaçırılmış təyyarənin endiyi Maltanın hüquq-mühafizə orqanları hələlik bütün sərnişinlərin təyyarəni tərk etmələri barədə KİV-də yayılmış məlumatı təsdiqləməyib.

Liviyanın Baş naziri Cozef Muskat "Twitter"də 65 sərnişinin azad edildiyini xəbər verib.

KİV-in məlumatına görə, təyyarənin göyərtəsində olan 118 nəfərin əksəriyyəti Liviya vətəndaşıdır və təqribən 10 nəfər əcnəbidir.

Son xəbərlər

Orphus sistemi