Yuxarı

Liviya sahillərində saxlanılan gəmidə 50-dək cəsəd aşkarlanıb

Hazırda Liviya sahillərində miqrantların xilasetməsi üzrə 10-dək əməliyyat aparılır

Bakı. 26 avqust. REPORT.AZ/ Liviya sahillərində saxlanılmış gəminin yük bölməsində 50-dək cəsəd aşkar olunub.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, həmin gəminin göyərtəsində olan daha 430 insan İsveç patrul gəmisi tərəfindən xilas edilib.

Xilasetmə əməliyyatını Avropa İttifaqının Aralıq Dənizindəki Frontex donanması həyata keçirib.

İtaliya rəsmilərinə əsasən, hazırda Liviya sahillərində miqrantların xilasetməsi üzrə 10-dək əməliyyat aparılır. 

Liviya qaçaqmalçıları yaxşı hava şəraitindən faydalanaraq Avropa sahillərinə miqrantlarla dolu gəmilər göndərirlər. BMT bu il Avropaya çatmağa cəhd edərkən 2000-dən artıq miqrantın öldüyünü bildirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi