Liviya sahillərində qayıq qəzası nəticəsində 100 qanunsuz miqrant həlak olub

Liviya sahillərində qayıq qəzası nəticəsində 100 qanunsuz miqrant həlak olub Aralıq dənizinin Liviyanın sahilində qanunsuz miqrantları daşıyan qayıq batıb
Digər ölkələr
23 Aprel , 2021 03:37
Liviya sahillərində qayıq qəzası nəticəsində 100 qanunsuz miqrant həlak olub

Aralıq dənizinin Liviyanın sahilində ayrı-ayrı ölkələrdən olan qanunsuz miqrantları daşıyan qayıq batıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “SOS Mediterranee” qeyri-hökumət təşkilatı bildirib.

Hadisə zamanı qayıqda təxminən 130 nəfər olub. Qəza yerinə “Ocean Viking” gəmisi gəlib, ancaq bir neçə saatlıq axtarışlar uğursuz nəticələnib.

Beynəlxalq Miqrasiya Təşkilatı dənizdən 100 insan meyitinin çıxarıldığını bildirib.

Qəza zonasında dalğaların hündürlüyü altı metrə çatıb, bu isə itkin düşənlərin axtarışlarını çətinləşdirib.

Qeyd edilir ki, xilasedicilər itkin miqrantların axtarışlarını davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi