Bakı. 26 noyabr. REPORT.AZ/ Liviya sahillərində qayığın batması nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, 31 miqrant həlak olub.
"Report" İtaliyanın "Corriere della sera" qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Ayub Qasim məlumat yayıb.
Qeyd olunur ki, onlardan 3-ü uşaq, 18-i qadındır. Daha 80 nəfər ağır vəziyyətdə xilas edilərək Tripolidəki hərbi bazaya aparılıb.
Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi bildirib ki, ilkin məlumata görə, qayıq həddən yüklənmədən çevrilib.
Liviya dənizçiləri xilasetmə əməliyyatının gedişatında həmçinin 120 miqrantın olduğu salı da aşkar ediblər. Beləliklə, ümumilikdə Liviyanın Sahil Mühafizəsi 200 insanı xilas etməyə müvəffəq olub.