Liviya sahillərində qayığın batması nəticəsində ölənlərin sayı 117-yə çata bilər - YENİLƏNİB

Liviya sahillərində qayığın batması nəticəsində ölənlərin sayı 117-yə çata bilər - YENİLƏNİB Bakı. 20 yanvar. REPORT.AZ/ Cümə günü Liviya sahillərində miqrantları aparan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 117 nəfərə çata bilər.
Digər ölkələr
20 Yanvar , 2019 05:57
Liviya sahillərində qayığın batması nəticəsində ölənlərin sayı 117-yə çata bilər - YENİLƏNİB
AFP

Bakı. 20 yanvar. REPORT.AZ/ Cümə günü Liviya sahillərində miqrantları aparan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 117 nəfərə çata bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Beynəlxalq Miqrasiya Təşkilatının italiyalı nümayəndələrinə istinadən "Rai News 24" telekanalı məlumat yayıb.

Bildirilir ki, İtaliya Hərbi Dəniz Qüvvələrinin vertolyotu ilə sağ qalaraq xilas edilən 3 nəfərin – iki sudanlı və bir qambiyalının sözlərinə görə, onlar Liviyadan cümə axşamı hava qayığı ilə çıxıblar və onun göyərtəsində 10 qadn və 2 uşaq, eləcədə bir körpə daxil olmaqla təqribən 120 nəfər olub. Qayıq 11 saat dənizdə üzdükdən sonra boşalıb və onun göyərtəsində olan insanlar batmağa başlayıblar.


***08:42

Bakı. 19 yanvar. REPORT.AZ/ Cümə günü axşam göyərtəsində azı 20 miqrantın olduğu gəmi Liviya sahillərindən 50 km aralıda, Siciliya boğazında batıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilir ki, batan şəxslərin xilas edilməsi üçün əraziyə İtaliya Hərbi Dəniz Qüvvələrinin Liviya Sahil Mühafizə Xidməti ilə əlaqədə olan vertolyotu cəlb edilib. Qəzaya uğrayan gəmi İtaliya hərbi təyyarəsində müşahidə edilib. Miqrantlara xilasedici halqalar atılıb. Bu, üç nəfərin sağ qalmasına kömək edib. Suda 3 nəfərin meyiti aşkar olunub. Digərlərinin axtarışları davam edir.

Bundan əvvəl İtaliya növbəti dəfə miqrantları qəbul etməyəcəyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi