Bakı. 28 avqust. REPORT.AZ/ Aralıq dənizinin Liviya sahillərində mühacirləri daşıyan qayığın batması nəticəsində 100-dən çox insan ölüb.
"Report" xəbər verir ki, bu haqda xarici mətbuat məlumat yayıb.
Xəbərə görə, hadisə Liviyanın Zuvara şəhəri sahillərində baş verib. Qayıqlardan birində 50, o birində isə 400 mühacir olub. Mühacirlərin Suriya, Pakistan, Banqladeş, Afrika ölkələri, o cümlədən Mərakeşdən olduğu bildirilib.
Onların çoxunun öldüyü ehtimal edilir. Şahidlər yüzdən çox mühacirin meyitinin Liviyanın paytaxtı Tripoldakı xəstəxanaya aparıldığını söyləyiblər. Məlumata görə, 201 mühacir xilas edilib.
Liviyanın sahil mühafizə xidmətinin xilasediciləri axtarış-xilasetmə işlərini davam etdirir.