Yuxarı

​Liviya sahillərində 40 miqrant meyiti tapılıb

Hazırda daha 30 miqrantın axtarışı üzrə iş aparılır

Bakı. 25 oktyabr. REPORT.AZ/ Liviya çimərliyində Aralıq dənizində çevrilən qayığın miqrantlardan ibarət 40 sərnişininin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü AP agentliyi məlumat yayıb.

Liviyanın Qırmızı Aypara Cəmiyyəti nümayəndəsinin məlumatına görə, "cəsədlərdən 27-si şənbə günü Tripolidən şərqdə yerləşən Zliten şəhərində tapılıb. Qalan meyitlər Homs şəhəri sahilləri boyunca aşkar edilib”.

Miqrantların əksəriyyəti Saxaradan cənubda yerləşən Afrika ölkələrindən olub. Hazırda daha 30 miqrantın axtarışı üzrə iş aparılır. İlkin məlumatlara görə, onlar da çevrilən qayıqda olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi