Liviya sahillərində 35 miqrant itkin düşüb

Liviya sahillərində 35 miqrant itkin düşüb Onlar arasında yeddiuşaq da var
Digər ölkələr
8 İyul , 2017 18:06
Liviya sahillərində 35 miqrant itkin düşüb

Bakı. 8 iyul. REPORT.AZ/ Liviya sahillərində hava ilə dolma qayığın qəzaya düşməsi nəticəsində azı 35 nəfər itkin düşüb.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə sahil mühafizəsini nümayəndəsi bildirib.

Miqrantlar arasında yeddi uşaq da var.

Eyni zamanda, sərhəd mühafizəsindən 85 nəfərin xilas edildiyi məlumatı da verilib.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bu il dəniz yolu ilə artıq təxminən 54 min qaçqının Avropaya keçdiyini, 1316 nəfərin isə Aralıq dənizini keçməyə çalışarkən həlak olduğunu bəyan edib. 

Son xəbərlər

Orphus sistemi