​Liviyada raketin düşməsi nəticəsində 3 neft anbarı yanmağa başlayıb

​Liviyada raketin düşməsi nəticəsində 3 neft anbarı yanmağa başlayıb Yerli əhali yanğının digər anbarlara da keçəcəyindən narahatdır
Digər ölkələr
27 Dekabr , 2014 08:11
​Liviyada raketin düşməsi nəticəsində 3 neft anbarı yanmağa başlayıb
Bakı. 27 dekabr. REPORT.AZ/ Liviyada "Liviya şəfəqi" terror qruplaşması tərəfindən atılan raketin neft anbarına düşməsi nəticəsində ölkənin iri neft ixracı limanında yanğın baş verib.

"Report" AFP-yə istinadən xəbər verir ki, Aralıq dənizi sahilində yerləşən Əs-Sidər limanındakı anbarlardan birində baş qaldıran yanğın yaxınlıqdakı digər iki neft anbarına da keçib.

Yerli əhali yanğının digər anbarlara da keçəcəyindən narahatdır. Raketin düşdüyü neft anbarı tam olaraq neft ilə dolu olub.

Əs-Sidərin yaxınlığında Liviyanın Ras-Lanuf adlı ikinci mühüm neft anbarı yerləşir.

Liviyanın əsas neft ixrac edən limanlarının yerləşdiyi regionda hökumət qüvvələri ilə terrorçu qruplaşmalar arasında döyüşlər dekabrın 13-də başlayıb.

Son xəbərlər

Orphus sistemi