Liviya Milli Barışıq Hökuməti Tripoliyə nəzarəti ələ keçirib

Liviya Milli Barışıq Hökuməti Tripoliyə nəzarəti ələ keçirib Liviyanın Milli Barışıq Hökuməti ölkə paytaxtı Tripolini marşal Xəlifə Hafterin silahlılarından təmizləyərək, şəhərə nəzarəti bərpa edib.
Digər ölkələr
177
4 İyun , 2020 12:51
Liviya Milli Barışıq Hökuməti Tripoliyə nəzarəti ələ keçirib

Liviyanın Milli Barışıq Hökuməti ölkə paytaxtı Tripolini marşal Xəlifə Hafterin silahlılarından təmizləyərək, şəhərə nəzarəti bərpa edib.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətini Türkiyə də dəstəkləyir. 

Bildirilib ki, “Qəzəb vulkanı” adlı əməliyyat nəticəsndə Hafterin silahlı qüvvələrinin nəzarəti altında olan Tripoli tamamilə azad edilib. 

Bundan başqa, səhər saatlarında Qəsr bin-Qaşir, Suq əl-Ximes və Vadi əl-Rabi rayonları Hafterin qanunsuz sayılan silahlı birləşmələrindən təmizlənib. 

Tripoli və qanunsuz silahlı birləşmələrdən təmizlənən ərazilərin sakinləri küçələrə çıxaraq atəşfəşanlıq ediblər.

Son xəbərlər

Orphus sistemi