Livanın keçmiş baş naziri siyasətdən gedir

Livanın keçmiş baş naziri siyasətdən gedir Livanın keçmiş baş naziri Saad əl-Həriri siyasi fəaliyyətini dayandıracağını bildirib.
Digər ölkələr
24 Yanvar , 2022 19:49
Livanın keçmiş baş naziri siyasətdən gedir
0 : 00
0 : 00

Livanın keçmiş baş naziri Saad əl-Həriri siyasi fəaliyyətini dayandıracağını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

“Partiya üzvlərini də məndən nümunə götürməyə çağırıram. İranın təsiri, beynəlxalq anlaşılmazlıq, milli parçalanmalar, konfessional manipulyasiya və dövlətin alçaldılması fonunda Livanın heç bir müsbət perspektivi olmadığına görə məsuliyyət daşıyaraq siyasi fəaliyyətimi dayandıracağımı elan edirəm”, - paylaşımda bildirilib.

Ancaq Saad əl-Həriri siyasi fəaliyyətinə son qoyacağı tarixi hələ ki açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi