Livanın istefa verən baş naziri Səudiyyə Ərəbistanını tərk edərək BƏƏ-yə yollanıb

Livanın istefa verən baş naziri Səudiyyə Ərəbistanını tərk edərək BƏƏ-yə yollanıb Bakı. 7 noyabr. REPORT.AZ/ Livanın istefa vermiş baş naziri Saad Hariri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan ayırılaraq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə yollanıb.
Digər ölkələr
7 Noyabr , 2017 12:54
Livanın istefa verən baş naziri Səudiyyə Ərəbistanını tərk edərək BƏƏ-yə yollanıb
Livanın istefa vermiş baş naziri Saad Hariri / Al-Manar

Bakı. 7 noyabr. REPORT.AZ/ Livanın istefa vermiş baş naziri Saad Hariri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan ayırılaraq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə yollanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, S.Hariri BƏƏ-də Əbu-Dabinin varis şahzadəsi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed əl-Nəhyanla görüşmək niyyətindədir.

Xatırladaq ki, S.Hariri noyabrın 4-də "Al Arabiya" telekanalının efirində Livanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, çıxışında İranın bölgədəki siyasətini və Livandakı "Hizbullah" hərəkatını ciddi tənqid edib, rəsmi Tehranı ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edib, həmçinin həyatının təhlükədə olduğunu söyləyib.

Tehran bu ittihamları rədd edərək Hariri ilə "Hizbullah" arasındakı münaqişənin məsuliyyətini ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın üzərinə qoyub.

Son xəbərlər

Orphus sistemi