Livanın istefa verən baş naziri Rusiya səfiri ilə görüşüb

Livanın istefa verən baş naziri Rusiya səfiri ilə görüşüb Mariya Zaxarova: "Səəd əl-Həriri Ər-Riyadda xarici dövlətlərin təmsilçiləri ilə də görüşür"
Digər ölkələr
16 Noyabr , 2017 16:44
Livanın istefa verən baş naziri Rusiya səfiri ilə görüşüb

Bakı. 16 noyabr. REPORT.AZ/ "Livanın istefa verən baş naziri Səəd ƏL-Həriri Ər-Riyadda Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri ilə görüşüb".

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 16-da Moskvada keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Səəd əl-Həriri Ər-Riyadda xarici dövlətlərin təmsilçiləri ilə də görüşür.

Qeyd edək ki, S.Həriri noyabrın 4-də istefa verib. Onun hazırda Səudiyyə Ərəbistanında olduğu bildirilir. O, yaxın günlərdə Livana qayıdacağını deyib. 

Son xəbərlər

Orphus sistemi