Livanın baş naziri istefa verib

Livanın baş naziri istefa verib Saad əl-Həriri vəzifəsindən ayrılması ilə bağlı xəbəri efirdə çıxışı zamanı açıqlayıb
Digər ölkələr
4 noyabr 2017 11:30
Livanın baş naziri istefa verib

Bakı. 4 noyabr. REPORT.AZ/ Livanın baş naziri Saad əl-Həriri istefa verib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, o, vəzifəsindən ayrılması ilə bağlı xəbəri efirdə çıxışı zamanı açıqlayıb. 

Saad əl-Həriri çıxışında həmçinin hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı günlərin ab-havası ilə eyni olduğunu bildirib. 

O, İranı və "Hizbullah"ı da kəskin tənqid edib, rəsmi Tehranı ərəb dövlətlərinin əlaqələrinə müdaxilə etməkdə günahlandırıb. 

Saad əl-Həriri özünə qarşı təxribat hazırlandığını da hiss etdiyini vurğulayıb. 

Qeyd edək ki, Saad əl-Həririnin atası Refik əl-Həriri 1992-1998 və 2000-2004-cü illərdə Livanın baş naziri olub və istefa verdikdən sonra, 2005-ci il fevralın 14-də sui-qəsd nəticəsində ölüb

Son xəbərlər

Orphus sistemi