Livanda patrul avtomobili yaxınlığında partlayış baş verib

Livanda patrul avtomobili yaxınlığında partlayış baş verib Beş hərbçi yaralanıb
Digər ölkələr
15 Avqust , 2016 14:00
Livanda patrul avtomobili yaxınlığında partlayış baş verib

Bakı. 15 avqust. REPORT.AZ/ Livanda ordunun patrul avtomobili yaxınlığında partlayış törədilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ersal şəhəri yaxınlığında baş verən hadisə nəticəsində beş hərbçi yaralanıb.

Hələlik hadisə ilə bağlı heç bir başqa məlumat yoxdur.

Qeyd edək ki, şəhər ölkənin şərqində, Suriya sərhədi yaxınlığında yerləşir. 2014-cü ilin avqust ayında Suriyada fəal olan İŞİD və "Ən-Nüsra Cəbhəsi" yaraqlıları şəhərə hücum etsə də, ordu şəhəri müdafiə etməyi bacarıb.

Son xəbərlər

Orphus sistemi