Livanda partlayışda ölənlərin sayı 137-yə çatıb, 5 000-dən çox yaralı var

Livanda partlayışda ölənlərin sayı 137-yə çatıb, 5 000-dən çox yaralı var Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış baş verib
Digər ölkələr
652
6 Avqust , 2020 10:52
Livanda partlayışda ölənlərin sayı 137-yə çatıb, 5 000-dən çox yaralı var
0 : 00
0 : 00

Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölənlərin sayı 137-yə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Qeyd olunub ki, partlayışda yaralananların sayı 5 000-i ötüb.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış baş verib. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Orphus sistemi