Livanda koronavirusa yoluxanların sayı 412-yə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin hesabatında bildirilib.
Məlumata əsasən, son sutka ərzində 21 yeni yoluxma hadisəsi baş verib.
Bildirilib ki, martın 27-də virusa yoluxan 80 yaşlı kişi ölüb.
Bununla da Livanda koronavirusdan ölənlərin sayı 8-ə yüksəlib.