​Livanda 40-dan çox insan terror aktının qurbanı olub

​Livanda 40-dan çox insan terror aktının qurbanı olub Bundan əlavə 117 nəfər yaralanıb
Digər ölkələr
13 Noyabr , 2015 00:40
​Livanda 40-dan çox insan terror aktının qurbanı olub

Bakı. 13 noyabr. REPORT.AZ/ Livanın paytaxtı Beyrutun Bürc-əl-Barajne qəsəbəsində baş verən iki partlayış nəticəsində 40-dan çox insan həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Daily Star" qəzetinə istinadən "İnterfax" məlumat yayıb.

Bundan əlavə, ən azı 117 nəfər törədilən partlayışlar nəticəsində yaralanıb. Hadisə yerində xilasedicilər və "təcili yardım" əməkdaşları işləyir.

İlkin məlumatlara görə, hər iki bombanı terrorçu-kamikadzelər işə salıb.

Bir neçə saatdan sonra insidentə görə məsuliyyəti "İraq-Şam İslam Dövləti" terror qruplaşması öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi