​Livan parlamenti 36-cı dəfədir prezident seçə bilmir

​Livan parlamenti 36-cı dəfədir prezident seçə bilmir Səsverməni "Hizbullah" və onun müttəfiqləri pozub
Digər ölkələr
3 Mart , 2016 13:43
​Livan parlamenti 36-cı dəfədir prezident seçə bilmir

Bakı. 3 mart. REPORT.AZ/ Livan parlamenti 36-cı dəfə ölkə prezidentini seçə bilməyib.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, prezidenti seçmək üçün parlamentin iclas zalında yetərsay olmayıb.

Səsverməni "Hizbullah" və onun müttəfiqləri pozub. Onlar parlamentin bu iclasını boykot edib. Ona görə də parlamentin sədri Nəbi Berri prezidentin seçilməsi üçün yeni tarixi açılayıb. Livana dövlət başçısının seçilməsi üçün martın 27-də yenidən cəhd ediləcək.

Qeyd edək ki, 2014-cü ilin mayında ölkə prezidenti Mişel Süleymanın səlahiyyət müddəti başa çatıb. Həmin tarixdən indiyədək ölkəyə prezident seçilməyib.  

Son xəbərlər

Orphus sistemi