​Livan parlamenti 20-ci dəfədir prezident seçə bilmir

​Livan parlamenti 20-ci dəfədir prezident seçə bilmir Parlamentin sədri seçkinin yeni tarixini açıqlayıb
Digər ölkələr
2 Sentyabr , 2015 16:29
​Livan parlamenti 20-ci dəfədir prezident seçə bilmir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Livanda prezident seçkisi sentyabrın 30-da keçiriləcək.

"Report" Livanın "NNA" agentliyinə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Nabih Berri bildirib.

İndiyədək prezident seçkisinin keçirilməsi üçün yetərsay olmayıb.

Livan parlamenti praktiki olaraq iki yerə bölünüb - qərbyönlü və suriyayönlü. Ölkə prezidenti Mişel Süleymanın səlahiyyətləri başa çatdıqdan sonra ölkədə siyasi böhran yaşanır.

Livan Konstitusiyasına əsasən, parlament tərəfindən seçilən prezident xristian-maronit olmalıdır. Marionitlər katolik kilsəsinə aiddir və ölkə əhalisinin 25 faizini təşkil edir.

Prezident postuna əsas namizəd general Mişel Aun sayılır. Onun namizədliyini suriyayönlü blok müdafiə edir. Generalın başlıca rəqibi Samir Caacaadır. Bu namizədi isə qərbyönlü "14 Mart" bloku dəstəkləyir.

Sentyabrın 2-də parlament ölkə prezidentini seçməli idi. Ancaq prezident seçkisi ilə bağlı 20 dəfədən artıqdır keçirilən iclaslarda deputatların yarısından çoxu iştirak etmir. 

Son xəbərlər

Orphus sistemi