Yuxarı

​Livan kəşfiyyatı Fransada növbəti terror aksiyasının törədiləcəyi haqda xəbərdarlıq edib

Onlar yeni belə aksiyaların hazırlandığını da bildiriblər

Bakı. 9 yanvar. REPORT.AZ/ Livan kəşfiyyatı avropalı həmkarlarına "islamçı qrupların" Fransa ərazisində terror aksiyası törədəcəyi haqda əvvəlcədən məlumat verdiklərini bildirib.

"Report"  Rusiya informasiya vasitələrinə istinadən xəbər verir ki, məlumata əsasən, Suriyadan qayıdan və ya oradakı qruplara bağlı yaraqlılar yeni terror aksiyası keçirməyə hazırlaşır.

"Biz səhv etmişik. Xəbərdarlığınızı və informasiyanızı ciddi qəbul etməmişik", - Avropa kəşfiyyat agentliyinin məsələ ilə bağlı bu məzmunda məktub göndərdiyi iddia olunur.

Livanda çıxan "əs-Səfir" qəzeti yerli təhlükəsilik qurumunun məktubundan sitat dərc edib: "Əldə etdiyimiz məlumata əsasən, Fransa ərazisində yeni terakt hazırlanır. Ola bilsin, bu "Charlie Hebdo" jurnalının redaksiyasına edilən hücumdan da sərt olacaq".

Ölkənin kəşfiyyat qurumu qərb dövlətlərinin Livandakı səfirliklərinin, özəlliklə Fransa diplomatik korpusunun xüsusi mühafizə altına alınmasını məsləhət görüb.

Xatırladaq ki, yanvarın 7-də jurnalın redaksiyasına edilən silahlı basqın nəticəsində 12 nəfərin ölməsi, 10-dan çox insanın yaralanması haqda xəbər yayılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi