Livan hökumətini qurmaq yenə Saad əl-Həririyə tapşırıldı

Livan hökumətini qurmaq yenə Saad əl-Həririyə tapşırıldı Livanın Prezidenti Mişel Aun baş nazir vəzfəsinə Saad əl-Həririni təyin edib.
Digər ölkələr
22 Oktyabr , 2020 15:51
Livan hökumətini qurmaq yenə Saad əl-Həririyə tapşırıldı
Saad əl-Həriri

Livanın prezidenti Mişel Aun baş nazir vəzfəsinə Saad Əl-Həririni təyin edib.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrdə iştirak edənlərin çoxu Əl-Həririni dəstəkləyib.

Onun başlıca vəzifəsi hökuməti formalaşdırmaqdır. Əl-Həririnin sələfi Mustafa Adib iranyönlü “Hizbullah” təşkilatı və “Amal” hərəkatının tələbi səbəbindən hökumət qura bilmədi. Bu qurumlar maliyyə naziri postunun onlara verilməsini istəyirdi.

Qeyd edək ki, Saad əl-Həririyə hökuməti formalaşdırmaq üçüncü dəfədir həvalə olunur.

Son xəbərlər

Orphus sistemi