Avstraliyadan BƏƏ-yə uçan təyyarədə terror aktının qarşısı alınıb

Avstraliyadan BƏƏ-yə uçan təyyarədə terror aktının qarşısı alınıb Partlayışı əslən Livanın Tripoli şəhərindən olan Hayat qardaşları hazırlayıb
Digər ölkələr
21 Avqust , 2017 16:59
Avstraliyadan BƏƏ-yə uçan təyyarədə terror aktının qarşısı alınıb

Bakı. 21 avqust. REPORT.AZ/ Livanın daxili işlər naziri Nuhad Maşnuk Avstraliyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçan təyyarədə terror aktının qarşısının alındığını bəyan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, nazir bu barədə Beyrutda təşkil etdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, partlayışı əslən Livanın Tripoli şəhərindən olan Hayat qardaşları hazırlayıb.

"Onlar Avstraliyada yaşayırlar və təlimatları İŞİD terror qruplaşmasından alıblar", - nazir deyib.

Məlumata görə, Amer adlı qardaşlardan biri bu ilin iyul ayında Livana gəlib və xüsusi xidmət orqanlarında şübhə oyatdığından nəzarət altında olub.

Son xəbərlər

Orphus sistemi