Yuxarı

​Litvanın rüşvət verdiyini etiraf edən naziri istefaya göndərilib

Səhiyyə naziri səlahiyyətlərini müvəqqəti olaraq maliyyə naziri Rimantas Şadjyus icra edəcək

Bakı. 10 fevral. REPORT.AZ/ Litva prezidenti Dalya Qribauskayte səhiyyə naziri Rimante Şalaşeviçyutenin vəzifədən azad edilməsi haqda sərəncam imzalayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, nazir bir müddət öncə yerli televiziyalardan birinin canlı yayımında illər öncə tibb işçisinə rüşvət verdiyini etiraf edib. Bu açıqlamadan sonra ölkə prezidenti Dalya Qribauskayte və baş nazir Algirdas Butkyaviçus səhiyyə nazirinin istefasını tələb etmişdilər.

Səhiyyə naziri səlahiyyətlərini müvəqqəti olaraq maliyyə naziri Rimantas Şadjyus icra edəcək.

Qeyd edək ki, fevralın 10-da prezidentlə baş nazir dövlət müəssisələrində korrupsiya ilə bağlı vəziyyəti müzakirə edib.

Xatırladaq ki, Rimante Şalaşeviçyute 2014-cü il iyulun 14-dən səhiyyə naziri vəzifəsini tuturdu. Yeni nazir olan vaxt, həmin ilin noyabrında Rimante Şalaşeviçyute təəccübləndirici təkilflə çıxış etmişdi. O demişdi ki, eftanziya tibbi yardım ala bilməyən kasıblar üçün ən yaxşı çıxış yoludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi