Litvadan böyük miqrant qrupu İraqa yola düşüb

Litvadan böyük miqrant qrupu İraqa yola düşüb Litvadan böyük miqrant qrupu İraqa yola düşüb.
Digər ölkələr
2 yanvar 2022 13:26
Litvadan böyük miqrant qrupu İraqa yola düşüb

Litvadan böyük miqrant qrupu İraqa yola düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 98 nəfər könüllü olaraq vətənə qayıtmağa razılıq verib.

Bu, Vilnüsdən İraqa ilk çarter reysidir. İndiyədək qanunsuz miqrantların Litvanı könüllü tərk etməsi bir neçə dəfə qeydə alınıb.

Litva Daxili İşlər Nazirliyi yanında Miqrasiya Departamenti vətənə qayıtmağa könüllü razılıq vermiş miqrantlara nağd ödəniş və təyyarə bileti təklif edir. Qanunsuz miqrantlara yalnız təyyarəyə mindikdən sonra verilən birdəfəlik ödəniş 1000 avro təşkil edir.

2021-ci ildə Litva-Belarus sərhədində Asiya və Afrika ölkələrindən olan 4 mindən çox qanunsuz miqrant saxlanılıb. Bu, 2020-ci illə müqayisədə 50 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi