Litvada sərxoş sürücülərə həbs cəzası kəsiləcək

Litvada sərxoş sürücülərə həbs cəzası kəsiləcək 1 ilədək azadlıqdan məhrum olacaqlar
Digər ölkələr
2 Yanvar , 2017 20:24
Litvada sərxoş sürücülərə həbs cəzası kəsiləcək

Bakı. 2 yanvar. REPORT.AZ/ Litvada sərxoş avtomobil idarə edənlər bu ilin yanvar ayından etibarən cinayət məsuliyyətinə cəlb olunacaqlar. “Report” RİA Novostiyə istinadən xəbər verir ki, ölkənin yol polisinin yaydığı məlumata görə, bəi hallarda sərxoş sürücülır 1 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.

“Yoxlayan zaman qanında 1,5 promildən çox alkoqol aşkar olunan sürücülər cərimə olunacaqlar, yaxud həbs olunacaqlar və ya 1 ilədək azadlıqdan məhrum olacaqlar”, - məlumatda deyilir.

Eyni zamanda sürücülük vəsiqəsindən məhrum olan şəxslər bu hüququ yalnız 10 ildən sonra təkrar əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi