Litvada koronavirusdan ilk ölüm qeydə alındı

Litvada koronavirusdan ilk ölüm qeydə alındı Litvada koronavirusa yoluxmuş şəxs ölüb.
Digər ölkələr
21 Mart , 2020 23:57
Litvada koronavirusdan ilk ölüm qeydə alındı
LRT

Litvada koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Litva Milli Radiosunun efirində Milli Fövqəladə Vəziyyətlərə Reaksiya Mərkəzinin nümayəndəsi Hedrius Surplis açıqlayıb.

Məlumata görə, pasiyentin vəziyyətini daha öncə olan xroniki xəstəliklər ağırlaşdırıb.

Qeyd edək ki, Litvada koronavirusa yoluxanların ümumi sayı 69 nəfərdir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 286,3 min nəfərdən çoxdur. Bunların 93,5 min nəfəri sağalıb, 11,8 min nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi