Litva XİN: Ukrayna müharibəyə son qoymaq üçün şərtləri özü müəyyən etməlidir

Litva XİN: Ukrayna müharibəyə son qoymaq üçün şərtləri özü müəyyən etməlidir Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün şərtləri özü müəyyən etməlidir.
Digər ölkələr
25 May , 2022 02:40
Litva XİN: Ukrayna müharibəyə son qoymaq üçün şərtləri özü müəyyən etməlidir

Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün şərtləri özü müəyyən etməlidir.

"Report" "Delfi"yə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.

"Qərb liderləri Ukraynanın müharibəni bitirmək qərarına təsir edə bilməz. Mənə elə gəlir ki, bu, Ukraynaya təzyiqdir - ukraynalıları silahlarını yerə qoymağa və ya öz şərtləri olmadan hücumu dayandırmağa məcbur etməkdir. Ukrayna hakimiyyəti şəxsən belə bir addıma gəlməlidir", - litvalı nazir vurğulayıb.

Landsberqisin sözlərinə görə, Ukraynada müharibənin başa çatması üçün şərait yaradılmalıdır.

Qabrielius Landsberqis daha əvvəl deyib ki, Ukraynanın müttəfiqləri Rusiyanın Qara dənizdəki limanların blokadasını aradan qaldırmağa kömək etmək üçün dəniz koalisiyası yaratmalıdırlar. Bu, ərzaq böhranının qarşısını alacaq.

Son xəbərlər

Orphus sistemi