Litva Rusiyadakı səfirini geri çağırıb

Litva Rusiyadakı səfirini geri çağırıb Litva Seyminə iyunun 1-dən səfirin Rusiyadan geri çağırılması və iyunun 7-dən Sankt-Peterburqdakı Baş Konsulluğun ləğvi haqqında fərman layihəsi təqdim edilib.
Digər ölkələr
12 May , 2022 19:12
Litva Rusiyadakı səfirini geri çağırıb

Litva Seyminə iyunun 1-dən səfirin Rusiyadan geri çağırılması və iyunun 7-dən Sankt-Peterburqdakı Baş Konsulluğun ləğvi haqqında fərman layihəsi təqdim edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentin saytında yer alan sənədlərdə deyilir.

Qeyd olunur ki, layihə Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb.

Bundan əvvəl Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ölkəsinin Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını, həmçinin Moskvadan səfirini geri qaytardığını bildirib. Rusiyanın Klaypedadakı konsulluğu da bağlanıb.

Son xəbərlər

Orphus sistemi