Litva Rusiya ilə sərhəddə hava dəhlizi yaradır

Litva Rusiya ilə sərhəddə hava dəhlizi yaradır Litvanın cənub-qərbindəki hava məkanında hərbi pilotsuz təyyarələr üçün xüsusi hava dəhlizinin yaradılması planlaşdırılır.
Digər ölkələr
4 May , 2022 07:07
Litva Rusiya ilə sərhəddə hava dəhlizi yaradır

Litvanın cənub-qərbindəki hava məkanında hərbi pilotsuz təyyarələr üçün xüsusi hava dəhlizinin yaradılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

Litva Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) gücünü və onların əməliyyat imkanlarını genişləndirməyə çalışır, buna görə də Kazlu Ruda poliqonundan ölkənin qərb sərhədinə qədər 1 km enində hava dəhlizi hazırlayır.

Hava məkanından istifadədə bu cür dəyişikliklər Rusiya ilə sərhəd bölgəyə nəzarət və müşahidənin gücləndirilməsinə yönəlib.

Prosedura əsasən, Litva Silahlı Qüvvələri dəhlizdən istifadə etdikdən və ya tapşırığı yerinə yetirdikdən sonra axşam saatlarında hava məkanına qoyulan məhdudiyyətləri aradan qaldırmağı öhdəsinə götürür.

Son xəbərlər

Orphus sistemi