Litva ölkəni tərk edəcək miqrantlara maddi yardım edəcək

Litva ölkəni tərk edəcək miqrantlara maddi yardım edəcək Litva hökuməti Asiya və Afrika ölkələrindən Belarus vasitəsilə respublikaya gələn qanunsuz miqrantlara evlərinə qayıtmaq üçün ödənişlər təklif etməyə hazırdır.
Digər ölkələr
2 Avqust , 2021 23:20
Litva ölkəni tərk edəcək miqrantlara maddi yardım edəcək

Litva hökuməti Asiya və Afrika ölkələrindən Belarus vasitəsilə respublikaya gələn qanunsuz miqrantlara evlərinə qayıtmaq üçün ödənişlər təklif etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) yerli ofisinin rəhbəri Eytvidas Binqyalis “LRT” radiosuna bildirib.

Onun sözlərinə görə, konkret məbləğ bəlli olmasa da, vəsait nəğd formada verilməyəcək:

“Vəsait, miqrantın getdiyi ölkədə reinteqrasiya xərclərini ödəmək üçün ayrılır. Bu, mənzil kirayələmək, peşə fəaliyyəti və sahibkarlıqla məğşul olmaq üçün ayrılacaq maliyyə dəstəyi olacaq”.

Qeyd edək ki, Avropya qanunsuz daxil olmağın qiyməti 10 min avrodur. Bunu üçün isə miqarntlar evlərini satmalı olurlar.

Son xəbərlər

Orphus sistemi