Litva NATO sammiti zamanı pilotsuz təyyarələrdən istifadəni qadağan edəcək

Litva NATO sammiti zamanı pilotsuz təyyarələrdən istifadəni qadağan edəcək İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Litvada pilotsuz təyyarələr və kommersiya uçuşları qadağan edilib.
Digər ölkələr
9 İyul , 2023 17:53
Litva NATO sammiti zamanı pilotsuz təyyarələrdən istifadəni qadağan edəcək

İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammiti zamanı Litvada pilotsuz təyyarələr və kommersiya uçuşları qadağan edilib.

“Report” xəbər verir ki, bu barədə iyulun 9-da Aerokosmik Məlumat Mərkəzinin direktoru İqnas Daeula istinadən “Bernardinai” nəşri məlumat yayıb.

“Biz pilotsuz təyyarələrin məsuliyyətli və qanuni istifadəsini başa düşür, dəstəkləyirik və bu yüksək səviyyəli tədbirlər zamanı görülən bu zəruri ehtiyat tədbirlərini tam dəstəkləyirik”, - o deyib.

Aerokosmik Məlumat Mərkəzi izah edib ki, pilotsuz təyyarələrin buraxılmasına qoyulan qadağa sammitin keçiriləcəyi yerlər haqqında casus məlumatlarının toplanması təhlükəsi ilə bağlıdır.

Lakin dronların istifadəsinə polis icazə verir - PUA-ların köməyi ilə partlayıcı qurğular və digər təhlükəli materiallar aşkarlanacaq.

Həmçinin qeyd olunur ki, sammit keçirilərkən iki gün ərzində Vilnüs Beynəlxalq Hava Limanı respublika Nəqliyyat Nazirliyinin əmrinə əsasən kommersiya uçuşları üçün bağlanacaq.

Son xəbərlər

Orphus sistemi