Litva İnterpolu tərk edə bilər

Litva İnterpolu tərk edə bilər Bakı. 20 noyabr. REPORT.AZ/ Litva Seymi İnterpolun başçısı postuna rusiyalı Aleksandr Prokopçukun seçiləcəyi təqdirdə, təşkilatdan çıxmaq ehtimalı haqqında qətnamə qəbul edib.
Digər ölkələr
20 Noyabr , 2018 15:56
Litva İnterpolu tərk edə bilər

Bakı. 20 noyabr. REPORT.AZ/ Litva Seymi İnterpolun başçısı postuna rusiyalı Aleksandr Prokopçukun seçiləcəyi təqdirdə, təşkilatdan çıxmaq ehtimalı haqqında qətnamə qəbul edib.

Bu barədə "Report" "Delfi"yə istinadən xəbər verir.

Xatırladaq ki, İnterpolun keçmiş prezidenti Men Hunvey sentyabrın sonlarında yoxa çıxıb. Ardından onun Çində saxlanıldığı ortaya çıxıb, hökumət onu korrupsiyaya qurşanmaqda şübhəli bilir. Nəticədə M.Hunvey təşkilatın rəhbəri vəzifəsindən istefaya göndərilib.

Böyük Britaniyanın "Times" qəzeti isə A.Prokopçuku İnterpolun yeni rəhbəri olmağa əsas namizəd adlandırıb.

Son xəbərlər

Orphus sistemi