“Litva Belarusla sərhədi tamamilə bağlaya bilər”.
“Report” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, buna səbəb “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatıdır.
Dövlət başçısı söyləyib ki, Litva, Latviya və Polşa ümumi “Vaqner” təhlükəsinin qarşısının alınması üçün koordinasiyalı davranmalıdır.
Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.
Xatırladaq ki, G.Nauseda daha əvvəl “Vaqner”i ciddi təhlükə kimi qiymətləndirmişdi.