Lissabonda minlərlə sakin meşə yanğınları ilə bağlı mitinq keçirib

Lissabonda minlərlə sakin meşə yanğınları ilə bağlı mitinq keçirib Onlar hökuməti yanğınların söndürülməsi zamanı səriştəsizlikdə ittiham ediblər
Digər ölkələr
22 Oktyabr , 2017 04:59
Lissabonda minlərlə sakin meşə yanğınları ilə bağlı mitinq keçirib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Portuqaliya sakinləri ölkənin paytaxtı Lissabonun mərkəzində çoxminlik mitinq keçiriblər.

“Report” xəbər verir ki, mitinq iştirakçıları meşə yanğınlarının söndürülməsi zamanı göstərilən səriştəsizliklə bağlı hökumətə qarşı tələblərini irəli sürüblər.

Mitinqçilər hakimiyyətdən meşə yanğınları üzrə səmərəli profilaktik tədbirlərin görülməsini tələb ediblər.

"Kifayətdir! Dağıntı və tələfat həddindən artıq çoxdur!", - deyə nümayişçilər şüarlar səsləndiriblər.

Şənbə günü analoji mitinqlər təkcə paytaxtda deyil, Portuqaliyanın bir sıra digər şəhərlərində də keçirilib.

Futbolçu Kriştianu Ronaldu yüzlərlə xəsarət almış şəxsin müalicəsini öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi